İtkin düşən gənc qız Bakıda tapıldı

media-hightechnic-468x90

Cəlilabad rayonunda itkin düşən gənc qız tapılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev deyib.

O bildirib ki, rayonun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyevanın Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərzisində olduğu yer müəyyən edilib və ailəsinə təhvil verilib.

Qeyd edək ki, Z.Mirzəyeva 2021-ci ilin noyabr ayının 6-da Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa