!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın ikinci hərbçisi də Ermənistanda saxlanıldı - FOTO

!Reklam – Yazi

“Aprelin 13-ü Ermənistan ərazisində itkin düşən digər azərbaycanlı hərbçi də tapılaraq saxlanılıb”.

Yenicag.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Erməni teleqram kanallarında yayılan məlumata görə, əsgər Qafan rayonu ərazisində saxlanılıb. Saxlanılan şəxs Axundov Hüseyn Əhliman oğludur.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıblar. Onlardan biri aprelin 11-i saxlanılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin aprelin 10-u yaydığı rəsmi məlumata görə, əsgərlər – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Sözügedən əsgərlərin yaxınları onların aprelin 5-i itkin düşdüklərini bildiriblər.

***

Bir müddət öncə Naxçıvan istiqamətində əlverişsiz hava şəraiti səbəbindən itkin düşən Azərbaycan ordusunun hərbçilərindən biri saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

COP29

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv