Sumqayıt Şəhər İcra Hakimiyyəti binasının qarşısına it leşləri atılıb.
Yenicag.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, artıq faktla bağlı aidiyyəti qurumlar məlumatlıdır və araşdırma aparılır.
Qeyd edək ki, bunu edən vətəndaşlar şəhərdə itlərin güllələndiyinə diqqət çəkmək üçün bu addımı atdıqlarını deyiblər.
www.yenicag.az