!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İxracın təşviqi mexanizmi sadələşdirildi

!Reklam – Yazi

Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda sadələşdirmələri nəzərdə tutan qərara izah verib.

Qurumun Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, ixracın stimullaşdırılması və təşviqi ilə bağlı görülən kompleks işlər nəticəsində qeyri-neft məhsullarının ixracı dəyər ifadəsi ilə 2016-cı illə müqayisədə ümumilikdə 36,5 faiz artaraq 2018-ci ildə 1,7 milyard ABŞ dolları təşkil edib, 2019-cu ilin yanvar-avqust aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 15,1 faiz artıb.

Sahibkarlardan daxil olan müraciətlər və beynəlxalq təcrübə göstərir ki, ixrac təşviqinin ödənilməsi prosedurunun sadələşdirilməsinə ehtiyac vardır.

Bununla əlaqədar, yuxarıda adıçəkilən Qərarla təsdiq edilmiş Qaydaya dəyişiklik edilib.

Qərarda ixrac təşviqinin ödənilməsi üçün ərizəyə əlavə edilməli olan nəqliyyat sənədində təyinat ölkəsinin gömrük orqanının qeydlərinin olması tələbinin ləğv edilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən imzalanmış “məktub-sərəncam”ların elektron poçt vasitəsilə də Maliyyə Nazirliyinə təqdim edilməsi qeyd olunub.

Qərarın qəbul edilməsi nəticəsində ixracın təşviqi mexanizminin sadələşdirilməsi və sürətləndirilməsi proqnozlaşdırılır.

www.yenicag.az

732
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv