İyirmidən çox asteroid Yerə yaxınlaşır

media-hightechnic-468x90

Yaxın günlərdə çoxlu sayda asteroid Yerin yaxınlığından keçəcək.

Yenicag.az-ın məlumatına görə, oktyabrın 19-da ölçüsü 1,5 metrdən 46 metrədək olan altı asteroid Yerə yaxınlaşacaq.

Onlardan ən yaxını planetə 150 min kilometr məsafədə keçəcək.

Oktyabrın 20-də isə 10 asteroid Yerin yaxınlığından keçəcək. Ölçüsü 7 metrdən 73 metrədək olan asteroidlərin ən yaxın uçuş məsafəsi 690 min kilometr təşkil edəcək.

Daha 6 asteroid isə oktyabrın 21-də qeydə alınacaq. Həmin gün asteroidlərdən biri 46 min kilometrədək, yəni rabitə peyklərinin yerləşdiyi orbitə 10 kilometr məsafəyə yaxınlaşacaq.

Bu asteroid yağışının Yerə hər hansı bir zərərinin olmayacağı bildirilir./Trend/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa