!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

JOCAP Abşeron İHS modullarının dənizdə quraşdırılmasını başa çatdırdı - FOTO

!Reklam – Yazi

JOCAP Abşeron İHS modullarının dənizdə quraşdırılmasını başa çatdırmışdır. Gələcək Abşeron platformasının üç modulu quruda BOS Şelf şirkətinin istehsalat sahəsində istehsal edilmiş, buradan “Azərbaycan” kran gəmisinin vasitəsi ilə daşıma barjalarına yüklənmişdir. 17 sentyabrda üç modul dənizdə dayaq blokunda müvəffəqiyyətlə quraşdırılmışdır. Onlar buradan Azneft İB-nin Neft Daşlarındakı mövcud qurğularına birləşdiriləcəkdir.

“Quruda modulların istehsalının tamamlanması və onların dənizdə quraşdırılması Abşeron İHS layihəsinin işlənməsinin mühüm mərhələləridir,” JOCAP şirkətinin İcraçı direktoru Lionel Tomas demişdir. “Bu mərhələnin müvəffəqiyyətlə tamamlanmasında iştirak etmiş bütün heyətə təşəkkürümü bildirmək istərdim. Bu andan etibarən, JOCAP, Abşeron yatağından ilk qazın qrafik çərçivəsində təhlükəsiz hasil edilməsi üçün dənizdəki əsas əməliyyatları diqqət mərkəzində saxlayacaqdır.”

JOCAP (Joint Operating Company of Absheron Petroleum B.V.) Abşeron dəniz blokunun işlənməsi və həmin blokdan hasilat məqsədi ilə partnyorlar, SOCAR Abşeron 50% və TotalEnergies EP Abşeron B.V. 50% şirkətlərinin təsis etdikləri və bərabər sahib olduqları qeyri- kommersiya növ Birgə Əməliyyat Şirkətidir.

Abşeron bloku Xəzər dənizinin Azərbaycan sektorunda, dənizin 500 metr dərinliyində Bakıdan 100 km cənub-şərqdə, Şahdəniz yatağından 25km şimal-şərqdə və Neft Daşlarının hasilat və emal qurğularından 33km cənubda yerləşir.

JOCAP Əməliyyat Şirkətinin operator olduğu Abşeron İHS layihəsi SOCAR tərəfindən idarə olunan Neft Daşlarının qurğularına qoşulmuş bir quyudan (ABD-001) ibarətdir.

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv