Jurnalistin namizədliyi qeydə alındı

media-hightechnic-468x90

big_1443518105_ramalVətəndaş Həmrəyliyi Partiyasının Salyanın 59 saylı seçki dairəsindən namizədliyini dəstəklədiyi tanınmış telejurnalist Ramal Hüseynovun namizədliyi qeydə alınıb.

Bu barədə Ramal Hüseynov özü məlumat verib. Jurnalistin sözlərinə görə, imza vərəqələrinə dairə seçki komissiyası tərəfindən baxılıb və namizədliyi təsdiqlənib. “Təbliğat-təşviqata start veriləndən sonra təbliğatımızı aparmağa başlayacağıq. Biz elektoral bazamızı müəyyənləşdirmək üçün təbliğat texnologiyalarımızı müəyyənləşdiririk. Əslində elektoral bazamız göz önündədir. Bu baxımdan narahatlığımız yoxdur. Həmçinin şüarlarımızı, təbliğat materiallarımızın formalarını tərtib edirik. Hesab edirəm ki, seçki qərargahı işlərini uğurla həyata keçirir. Təşviqat kampaniyasına tam hazırıq”(cebhe.info)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600