Jurnalistin qətlindən 10 il keçir
Tarixdə bu gün martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunub, tanınmış jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov Bakıda qətlə yetirilib.
1800 – Rus şairi Yevgeni Abramoviç Baratınski (1800-1844) anadan olub.
1824 – Rus yazıçısı və pedaqoqu, uşaqlar üçün nağılların müəllifi Konstantin Dmitriyeçiç Uşinski (1824-1871) anadan olub.
1859 – Yəhudi milli ədəbiyyatının (idiş dilində) yaradıcılarından biri, məşhur yazıçı-dramaturq Şolom-Aleyxem (Şolom Naumoviç Rabinoviç, 1859-1916) anadan olub.
1936 — SSRİ Xalq artisti, teatr və kino aktrisası İya Sergeyevna Savvina (“Qaraj” kinokomediyasında Akinfeyeva) anadan olub.
1945 – Tərcüməçi, nasir, publisist, dilçi alim, professor Zeydulla Abdulla oğlu Ağayev anadan olub.
1968 – İngilis aktyoru, “Agent 007” haqqında filmlərdə Ceyms Bond rolunun ifaçısı Deniel Rafton Kreyq (Daniel Wroughton Craig) anadan olub.
1992 – Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub. BMT Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında, Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin daha 7 respublikası (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Ermənistan) BMT-yə qəbul edilib. Daha üç respublika – Litva, Latviya, Estoniya 1991-ci ilin dekabrında BMT-yə üzv olmuşdular. Rusiya, Ukrayna və Belarus hələ SSRİ dövründən formal olaraq BMT-nin üzvü idi. Gürcüstan isə 1992-ci ilin iyulunda təşkilata qəbul olunub.
2005 – Tanınmış jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov Bakıda qətlə yetirilib. Hadisə geniş ictimai, beynəlxalq rezonans doğurub. Prezident İlham Əliyev jurnalistin qətlini ölkədə ictimai-siyasi sabitliyə və söz azadlığına qarşı yönəlmiş addım, demokratik inkişafa vurulmuş zərbə kimi qiymətləndirib. Ötən müddətdə istintaq hərəkətləri davam etdirilsə də, Elmar Hüseynovun qətlinin üstü açılmayıb.