Jurnalistlər Qazaxda oldular

media-hightechnic-468x90

8feb07f0a33a7c0d9ae4158c4ad05f8cBu gün bir qrup media nümayəndəsi Qazax rayonun ön cəbhədə yerləşən kəndlərində olub.

Yenicag apa-ya istinadən bildirir ki, ön cəbhədə xidmət edən əsgərlər Azərbaycan ordusunun yüksək əhval-ruhiyyədə olduğunu və düşmənə hər an layiqli cavab verildiyini bildiriblər.

Son günlər erməni silahlı qüvvələri tərəfindən sərhədboyu kəndlər, mülki əhali, təsərrüfat sahələri, vətəndaşların şəxsi əmlakı, o cümlədən heç bir hərbi əhəmiyyət kəsb etməyən obyektlər iri çaplı pulemyotlardan, minaatan və qumbaraatanlardan atəşə məruz qalıb.
Ordumuzun cavab atəşi ilə düşmən susdurulub.

Jurnalistlər həmçinin Qazax rayonunun təmas xəttində yerləşən Quşçu Ayrım və Məzəm kəndlərinə də baş çəkiblər. Bu kəndlərin sakinləri ermənilərin mütəmadi olaraq atəşkəs rejimini pozduğunu, mülki əhalini və evləri atəşə tutduqlarını bildiriblər. Amma buna baxmayaraq əhali öz işinə davam edir, həmin kəndlərdə həyat öz axarı ilə davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600