Kabildə nazirlik əməkdaşlarının olduğu avtomobil partladıldı

media-hightechnic-468x90

Noyabrın 2-də səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə nazirlik əməkdaşlarını daşıyan avtomobil partladılıb.

Yenicag.az xəbər verir ki, bu barədə yerli “Hasht-e Subh” nəşri məlumat yayıb.

Şəhərin beşinci rayonunda “Taliban” hökumətinin Kənd Təsərrüfatının Yenidənqurulması və İnkişafı Nazirliyinin əməkdaşlarını daşıyan avtomobil hərəkətdə olan zaman partladılıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

İlkin məlumata görə, partlayış nəticəsində ölən və yaralananlar var. Lakin onların sayı açıqlanmayıb.

“Taliban” hökuməti hələ ki, hadisəyə münasibət bildirməyib./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa