Büdcə təşkilatları büdcə məlumatlarını yeni sistem ilə təqdim edəcək

media-hightechnic-468x90

Büdcə təşkilatları dövlət büdcəsi və icmal büdcənin zəruri məlumatlarını dövlət orqanına “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə təqdim edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, bu qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan (qurum) tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi dedikdə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi nəzərdə tutulur./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa