II Azərbaycan–Türkiyə İnvestisiya Forumu Türkiyənin gündəmində - VİDEO

media-hightechnic-468x90

 

İlin sonunda Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə baş tutan II Azərbaycan–Türkiyə İnvestisiya Forumu Azərbaycanla yanaşı, Türkiyənin də yerli media qurumları tərəfindən geniş şəkildə işıqlandırılıb.

media-vug_2762

Yenicag.az xəbər verir ki, Türkiyənin öndə gələn media orqanları forumun çıxışçılarının nitqlərini, panel müzakirələrini və yekunlarına dair xəbərləri oxucularına çatdırıblar. Xüsusilə forumun təşkil olunmasında TÜİB-in əməyinə diqqət çəkilib.

“Sabah” qəzetinin köşə yazarı Yavuz Donat “Can Azərbaycandan notlar” başlıqlı yazısında forumu iki ölkə arasındakı sarsılmaz qardaşlığın iqtisadi təntənəsi adlandırıb.

media-xeberler-forum_page-0001

  • “Yeni Şafak” qəzeti isə forumda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolatın Azərbaycanın təbii sərvətlər baxımından strateji ölkə rolunu oynadığına dair fikirlərini işıqlandırıb. Sözügedən qəzet, eyni zamanda, Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iki ölkə arasında iqtisadi əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyi ilə bağlı sözlərinə də yer verib.

 

  • “Gapolay” nəşrinin köşə yazarlarından Zeynal Abidin Qıymaz isə “Bakıda İkinci İqtisadiyyat Forumu: “Bir millət, iki dövlət” prinsipi sahədə reallaşır” başlıqlı yazısında TÜİB-in Azərbaycandakı fəaliyyətindən geniş şəkildə bəhs edib. Eyni nəşr başqa bir yazısında TÜİB sədri Hüseyin Büyükfıratın nəcib xüsusiyyətlərinə diqqət çəkib.

 

  • “GDH”, “Ekonomim” və “Ekonomiga” portalları, “İhlas” Xəbər Agentliyi isə Cevdet Yılmazın jurnalistlərlə görüşündə forumun əhəmiyyətinə dair səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

 

  • “Dünya.com” portalı diqqəti Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin rəqəmlərə yansımasına yönəldib. Sözügedən portal TÜİB sədri Hüseyin Büyükfıratdan xüsusi müsahibə alaraq iş adamının tekstil biznesi ilə məşğul olan sahibkarları Azərbaycana dəvətini yayımlayıb.
  • “Anadolu” Agentliyi isə forumu ən geniş işıqlandıran media orqanlarından olub.

media-xeberler-forum_page-0050

Türkiyənin sosial şəbəkələr üzərindən xəbər fəaliyyəti göstərən səhifələri də foruma dair müxtəlif məlumatlar paylaşıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa