"Bakı və Ankara istənilən ssenariyə HAZIRDIR: Rusiyanın hərbi təhdidləri Türkiyə səddinə çırpılacaq"

media-hightechnic-468x90

“Kreml tərəfindən bu cür bəyanatlara reaksiya verilməməsi Rusiya rəhbərliyinin də hələ də imperiya təfəkkürü ilə hərəkət etdiyini göstərir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyada fəaliyyət göstərən ideoloq Aleksandr Duqin və teleaparıcı Vladimir Solovyovun Cənubi Qafqazla bağlı birmənalı qarşılanmayan, müstəqil dövlətlərin suverenliyinə toxunan açıqlamalarına münasibət bildirib.

Politoloq qeyd edib ki, bu cür fikirlər Rusiya imperiyasının və ya SSRİ-nin bərpası arzusundan qaynaqlanır:

“Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyini şübhə altına alan fikirlər səsləndirilir. Bu yanaşmanı açıq deməsələr də, hədəfləri hər kəsə bəllidir. Lakin bu kimi iddialar reallıqdan uzaqdır. Rusiya imperiyası Birinci Dünya müharibəsindən sonra dağıldı, onun xarabalıqları üzərində qurulan Sovet İttifaqı isə cəmi 70 il yaşaya bildi. İmperiyalar dövrü artıq tarixə qovuşub, lakin Duqin və Solovyov kimi simalar bunu qəbul etmək istəmirlər”.

E. Şahinoğlu vurğulayıb ki, onların açıqlamaları Rusiyanı qonşularından daha da uzaqlaşdırır:

“Belə təhlükəli ritorikaya Kreml tərəfindən rəsmi reaksiya verilməməsi Rusiya rəhbərliyinin də eyni düşüncədə olduğunu təsdiqləyir. Ukraynaya qarşı aparılan işğalçı müharibə məhz bu baxışın praktik təzahürüdür. Lakin Moskvanın hesablamaları yanlışdır. Rusiya Ukraynada ciddi müqavimətlə üzləşib. Müharibənin gedişatı Rusiyanın öz daxilində siyasi və sosial problemləri dərinləşdirə, mərkəzdənqaçma meyllərini gücləndirə bilər”.

Politoloqun sözlərinə görə, müasir dünya 1920-30-cu illərin dünyası deyil:

“İndi Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə qarşı hərbi təzyiq göstərmək o qədər də asan deyil. Xüsusilə Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Azərbaycana yönələn hər hansı təhdid dərhal Türkiyə faktorunu da hərəkətə gətirəcək. Eyni zamanda, ABŞ da regionda “Tramp doktrinası” çərçivəsində təhlükəsizlik maraqlarını artırmağa hazırlaşır”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa