Penitensiar xidmətdə vakant kiçik rəis heyəti vəzifələri üzrə müsabiqə elan edildi

media-hightechnic-468x90

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində vakant kiçik rəis heyəti (xüsusi rütbəli) vəzifələri üzrə yanvar ayının 23-dən 30-dək açıq müsabiqə keçirilir. Vakant vəzifələr Ədliyyə Nazirliyinin penitensiar müəssisələrindədir.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu vəzifələrə ən azı tam orta təhsilli, həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan, fiziki hazırlığına və sağlamlıq vəziyyətinə görə qulluğa yararlı olan, eləcə də ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin digər tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları qulluğa qəbul oluna bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsini Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Penitensiar xidmətə qulluğa qəbul” bölməsindən əldə edə bilərlər.

Ərizələri Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin elektron poçtu ([email protected]), “Azərpoçt” və ya xidmətin Bakı şəhəri, Kövkəb Səfərəliyeva küçəsi, giriş 14 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.

Vətəndaşlar müsabiqənin keçirilməsi ilə bağlı (012) 498-71-06, (012) 493-44-89 nömrəli telefonlar vasitəsilə əlavə məlumat əldə edə bilərlər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa