Kadırov 17 yaşlı oğlunu tənqid edənlərə cavab verdi

media-hightechnic-468x90

Çeçenistan Təhlükəsizlik Şurasının katibi postunu tutan və çoxsaylı mükafatlara layiq görülən Adam Kadırov gənc yaşına baxmayaraq, öz vəzifələrini yerinə yetirir. 

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

O, bununla 17 yaşlı oğlunu tənqid edənlərə cavab verib: “Mən atamın yanında böyümüşəm, həmişə yaxın olmuşam və ondan çox şey öyrənmişəm. Adam da mənim yanımda böyüyüb. Deməli, onun artıq zəngin təcrübəsi və biliyi var. Onun praktiki təcrübəsi də var”, – Kadırov bildirib.

O, oğlunun işindən heç bir şikayətinin olmadığını qeyd edib. Kadırov xatırladıb ki, özü gəncliyində Çeçenistan hökumətinin baş nazirinin müavini vəzifəsində çalışıb./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05