“Kadırov döyüşçülərini Moskvaya yeridəcək”

media-hightechnic-468x90

kkDonetskdə vuruşan “kadırovçu” çeçenlər Vladimir Putinin əmri ilə göndərilib.  

Bunu rusiyalı müxalifət lideri Boris Nemtsov Feysbuk səhifəsində yazıb.  

“Fotoya inanmayanlar üçün. Donetskdəki kadırovçulardır. Onlar hətta özləri CNN-ə verdikləri açıqlamada bunu təsdiq etdilər. Putinin göstərişi ilə göndəriliblər. Əgər “milli lider” özünü pis aparsa və Kadırova ildə iki milyard dollar göndərməkdən imtina etsə, Kadırov onları Putindən xəbərsiz Moskvaya göndərəcək”, – deyə Nemtsov yazıb.  

Nemtsov Putinin təbliğatının puça çıxdığını da deyib: “Kiyevdə benderlər və faşistlərin seçki ilə yığılacağı mifə çevrildi. Dmitri Yaroş və Oleq Tyaqniboka Vadim Rabinoviçdən daha az səs verdilər. Ukraynalı bender və faşistlər görünür çox güclü çıxdılar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600