Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kamaləddin Qafarovun sakinlərlə görüşləri davam edir – FOTOLAR

Reklam: High Technic

K.Qafarov fevralın 5-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının iclas salonunda M.Ə.Rəsulzadə qəsəbəsinin Xutor yaşayış sahəsinin nümayəndələri ilə görüşüb.

Kamaləddin Qafarov görüş iştirakçılarına son dövrdə ölkəmizdə baş verən mühüm ictimai-siyasi proseslər haqqında geniş məlumat verib.

O, bu il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda söylədiyi dərin məzmunlu çıxışını perspektiv proqram sənədi kimi dəyərləndirib.

Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı təklif və rəylərini bildirib, K.Qafarovla ətraflı fikir mübadiləsi ediblər. Deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq strukturlar qarşısında məsələ qaldıracağına və onların həllinə nail olacağına ümid etdiyini bildirib.

Görüşdə çıxış edən sakinlər dövlətimizin müxtəlif sahələrdə həyata keçirdiyi islahatları ürəkdən dəstəklədiklərini bəyan edib və fevralın 9-da seçki məntəqələrinə gedərək ən layiqli namizədə səs verəcəklərini bildirib.

 

www.yenicag.az

373
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100