Kamboca və Tailand sərhədində TOQQUŞMALAR: Hun Sen–Thaksin düşmənçiliyi münaqişəni ALOVLANDIRDI

media-hightechnic-468x90

Kamboca və Tailand arasında sərhəd bölgəsində baş verən son toqquşmalar iki ölkə arasında köhnə xəritələrlə bağlı davam edən ərazi mübahisəsindən əlavə, siyasi liderlər Hun Sen və Thaksin Şinavatra arasındakı şəxsi ziddiyyətlərlə daha da gərginləşib.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global”ın analitik məqaləsində qeyd olunub.

Hər iki ölkə bu yaxınlarda atəşkəsə razılaşsa da, toqquşmaların səbəbləri təkcə ərazi məsələsi ilə məhdudlaşmır. Sabiq baş nazirlər Hun Sen və Thaksin Şinavatra illər öncə bir-birini “qardaş” adlandıracaq qədər yaxın idilər. Hun Sen Thaksin ailəsini Tayland ordusuna qarşı mübarizədə dəstəkləmiş, hətta onu Kamboca hökumətində iqtisadi müşavir kimi təyin etmişdi.

Lakin son aylarda münasibətlər kəskin şəkildə pozulub. Hun Sen iyun ayında Thaksinin qızı, Tailandın baş naziri Paetonqtarn Şinavatra ilə sərhəd mübahisəsi barədə telefon danışığını ictimailəşdirib. Danışıq zamanı Paetonqtarn Hun Senə “dayı” deyərək özünü təvazökar aparsa da, bu səs yazısı Tailandda ciddi etirazlara səbəb olub və Paetonqtarn müvəqqəti vəzifəsindən kənarlaşdırılıb.

Münaqişənin daha da alovlanmasının digər səbəbləri arasında Hun Senin Tailand ordusunun Kambocadakı “internet fırıldaqçılığı mərkəzləri”nə qarşı əməliyyatlarına qəzəbi də göstərilir. Bəzi analitiklər Hun Senin bu gərginlikdən istifadə edərək ölkə daxilində oğlu Hun Manetin hakimiyyətini möhkəmləndirməyə çalışdığını düşünür.

Siyasi təhlilçilər bildirirlər ki, şəxsi münasibətlərdəki bu çat, iki ölkə arasındakı onsuz da həssas olan ərazi mübahisəsini daha da idarəolunmaz edib. Tailand hökuməti Kamboca ilə diplomatik münasibətləri azaltmaqla yanaşı, səfirini geri çağırıb və Kamboca nümayəndəsini ölkədən çıxarmaq qərarı verib.

Thaksin Şinavatra isə sərhəd gərginliyinə görə ailələr arasındakı münasibətləri məsuliyyət daşıyan faktor kimi qəbul etməsə də, ictimaiyyətin ona bu mövzuda suallar ünvanlamaqda davam edəcəyi gözlənilir.

 

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600