Kamran Şahsuvarlı DÇ-nin bürünc medalını qazandı

media-hightechnic-468x90

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

Yenicag.az xəbər verir ki, bu mərhələnin ilk yarış günündə Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı da rinqə çıxıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız finala gedən yolda qazaxıstanlı Abilxan Amankulla qarşılaşıb. Döyüş Şahsuvarlı üçün uğurlu alınmayıb. O, 1:4 (28:29, 29:28, 27:30, 27:30, 28:29) hesabı ilə məğlub olub.

Nəticədə boksçumuz mundialı bürünc medalla başa vurub.

Qeyd edək ki, yığmamızın digər üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinal döyüşünə sentyabrın 1-də çıxacaq. O, avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600