“Kanal S”dən Nigar Fərhadla bağlı açıqlama

media-hightechnic-468x90

“Sözün bitdiyi an” verilişinin aparıcısı Nigar Fərhad fikirlərini düzgün ifadə etmədiyi üçün onun sözləri son günlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu səbəbdən “Kanal S” verilişin yayımını dayandırıb.

media-banner_tuq

Yenicag.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə televiziya rəsmi məlumat yayıb.

“Efirimizdə yayımlanan “Sözün bitdiyi an” verilişinin aparıcısı Nigar Fərhadın səsləndirdiyi fikirlər “Media haqqında” qanununun 14.1.4-cü maddəsinin tələblərinin pozulmasıdır. Bundan böyük təəssüf hissi keçiririk.

Aparıcı ilə izahedici söhbətlərin aparılması, bu cür halların gələcəkdə təkrarlanmaması üçün verilişin yayımının müvəqqəti dayandırılması qərarı alınıb”, – “Kanal S”-in məlumatında vurğulanıb.

Qeyd edək ki, Nigar Fərhadın aparıcısı olduğu verilişdə “Mənim oğlum olsa, ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05