Kanalda boğulan azyaşlının cəsədi tapıldı

media-hightechnic-468x90

2e86b316d199309ad89f3298191ff895Mingəçevirdə 7 gün öncə kanalda batan uşağın cəsədi tapılıb.

“Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə” daxil olmuş məlumata əsasən, noyabrın 11-də, Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalı ərazisində batmış, 2001-ci il təvəllüdlü Əvəzzadə Ömər Hikmət oğlunun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Mingəçevirdə məskunlaşmış Ağdərə rayonundan olan məcburi köçkün 13 yaşlı Əvəzzadə Ömər Hikmət oğlu və onun kiçik qardaşı 11 yaşlı Ülvü Əvəzzadə Yuxarı Qarabağ kanalının kənarında oynayarkən kiçik qardaşın ayağı sürüşərək suya düşüb. Böyük qardaş Ö. Əvəzzadə kiçik qardaşı Ülvinin suda boğulduğunu görüb və onu xilas etmək üçün kanala atılıb, nəticədə onların ikisi də suda batıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600