Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 aprel 2024-cü il tarixinə 8.8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.4 milyard manat olub.
Yenicag.az xəbər verir ki, 1 aprel 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.7 milyard manat təşkil edib.
Bankın 1 aprel 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 882 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.
Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk , Birbank kartı sifarişi üçün https://kbl.az/prcrc.
www.yenicag.az