“Kapital Bank”dan PLAGİAT: Gürcüstanın 1-ci kanalının loqosunu mənimsədi – FOTO

“Kapital Bank”ın mobil tətbiqi olan “BirBank”ın proqram loqosunda dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, mobil tətbiqin yeni loqosu müzakirələrə səbəb olub.

Belə ki, “BirBank”ın yeni loqosu Gürcüstanın 1-ci kanalının loqosu ilə eynilik təşkil edir.

“Kapital Bank”ın mobil tətbiqin loqosunda etdiyi dəyişiklik bankı plagiat ittihamları ilə üz-üzə qoyub.

Bank sosial şəbəkələrdə plagiat etdiyi üçün sərt tənqid olunub, məsxərəyə qoyulub.