İsrailin İrana hücum tarixi müəyyənləşdi – “Dəmir Zərbə” təsdiqləndi

media-hightechnic-468x90

İsrailin İranla bağlı mümkün hərbi planları ətrafında iddialar güclənməkdədir.

Yenicag.az xəbər verir ki, yayılan məlumata görə, İsrail Kabineti İrana qarşı nəzərdə tutulan mümkün əməliyyatın adını “Dəmir Zərbə” olaraq təsdiqləyib.

Eyni zamanda bildirilir ki, əməliyyat İsrail–ABŞ tandemi çərçivəsində yanvar–fevral ayları ərzində həyata keçirilə bilər və 17–18 fevralda başlayacaq Ramazan ayı bu plan üçün şərti son tarix (“deadline”) kimi göstərilir.

Paralel olaraq, İran tərəfinin də təhlükəsizlik tədbirlərini gücləndirdiyi iddia olunur. Paylaşılan məlumatlara əsasən, Tehranda bütün yüksək rütbəli generallara və dövlət rəsmilərinə bu günlərdə iş yerlərində fiziki olaraq olmamaq, rəsmi iş məkanlarına getməkdən çəkinmək tapşırılıb. Hər bir məmur üçün ən azı iki əvəzedici təyin edildiyi, dövlət rəsmilərinə rabitə sistemlərindən istifadənin məhdudlaşdırılması göstərişinin verildiyi bildirilir. Eyni zamanda, İranın nüvə proqramı ilə əlaqəli mühüm mütəxəssislərin və nüvə alimlərinin xüsusi bunkerlərə yerləşdirildiyi iddia edilir. Bu məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib və daha çox məhdud dairəli informasiya kanallarına istinadən dövriyyədədir.

Amir Aqiloğlu

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa