“Mossad” Azərbaycanla bağlı paylaşım etdi

media-hightechnic-468x90

Azərbaycan öz qoşunlarının Qəzzaya yerləşdirilməsini istisna edir. 

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin “Mossad” xarici kəşfiyyat xidmətinin X hesabında paylaşım edilib.

Xidmətin paylaşımında Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə sitatı yer alıb: “İlham Əliyev bildirib ki, Azərbaycan Qəzzaya da daxil olmaqla xaricə qoşun göndərməyəcək və heç bir beynəlxalq sülhməramlı qüvvədə rol oynamayacaq.

Bakı Tramp administrasiyası ilə müzakirələri təsdiqləyib, lakin açıq şəkildə bildirib: Sülhməramlı qüvvələrdə iştirak nəzərdə tutulmur”.

“Mossad”ın bildirdiyinə görə, bu şərhlər ABŞ-nin rəhbərliyi altında Qəzza sülh planı ilə bağlı təklif olunan Beynəlxalq Sabitləşdirmə Qüvvələri ilə bağlı danışıqların davam etdiyi bir vaxtda səsləndirilib./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05