Trampın YENİ HƏDƏFİ: “Sülh lideri”yoxsa müharibə alovlandıran rəhbər?

media-hightechnic-468x90

“Tramp Xameneyiyə qarşı Maduroya etdiyini təkrarlaya bilməz.”

ABŞ Konqresinin respublikaçı üzvü Lindsi Qremin “Etiraz aksiyaları davam edərsə, Tramp Xameneyini də aradan götürəcək” iddiası həm Amerika, həm də İran gündəmində bomba effekti yaradıb. Bu ssenari nə dərəcədə mümkündür? Politoloq Elçin Abdullayev Yenicag.az-a mövzu ilə bağlı sualları cavablandırıb:

media-img_5550

“Tramp Maduroya etdiyini İranın Ali Lideri Xameneyiyə edə bilərmi? Əslində, Trampdan hər şey gözləmək olar. Çünki bu şəxs bəzən rasional məntiqlə deyil, daha çox impulsiv qərarlarla hərəkət edir. O, ABŞ kimi nəhəng bir dövlətin başındadır, güc onun əlindədir və “Ağa Nəzərəm, belə gəzərəm” prinsipi ilə davranır. Lakin Xameneyini də Maduro kimi aradan götürə bilərmi və ya onu həbs edə bilərmi? Düşünürəm ki, bu ssenari o qədər də real görünmür.

Bunun əsas səbəbi odur ki, Maduro Venesuela prezidenti idi və Trampın ona qarşı atdığı riskli addımlar yalnız regional çərçivədə qarışıqlıq yarada bilərdi. Xameneyi üçün atılacaq bənzər bir addım isə qlobal miqyaslı proseslərə və gərginliyə yol aça bilər. Xameneyini sadəcə siyasi fiqur kimi görmək yanlış olar; o, eyni zamanda dünya şiələrinin bir qismi üçün dini simvola çevrilmiş bir şəxsdir. Onun məhv edilməsi və ya girov götürülməsi Xameneyiyə bağlı olan qüvvələrin dərhal hərəkətə keçməsinə səbəb ola bilər ki, bu da bütövlükdə qlobal fəlakət deməkdir.

Şübhəsiz ki, Tramp və ABŞ administrasiyası bu riskləri çox gözəl anlayır. Digər tərəfdən, Trampın seçicilərinə verdiyi mühüm bir vəd var: o, yeni müharibələr başladan prezident olmayacağını bəyan edib. Hesab edirəm ki, Tramp bu vədinə sadiq qalacaq və özünü “sülh lideri” imicindən “müharibə başladan lider”ə çevirmək istəməyəcək.

Hər bir halda, Tramp Xameneyi və ya İran rejiminə qarşı müəyyən addımlar ata bilər. Bu addımlar nədən ibarət ola bilər? Xüsusən Xameneyiyə birbaşa bağlı olan “SEPAH” kimi qurumların maliyyə qaynaqlarının kəsilməsi və ya İran rejiminə qarşı ayağa qalxmış xalqın müxtəlif formalarda dəstəklənməsi mümkündür. Lakin onun Maduro nümunəsində olduğu kimi, Xameneyini fiziki olaraq aradan götürmək istəməsi ehtimalını real hesab etmirəm.”

Nurlan Cəfərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa