!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantin rejimində Ramazan ayinləri necə yerinə yetiriləcək? – İlahiyyatçıdan İZAHAT

!Reklam – Yazi

“Heç Səudiyyə Ərəbistanında da Ramazan ayının necə keçiriləcəyi hələlik məlum deyil”.

Səudiyyə Ərəbistanı hökuməti koronavirus pandemiyası səbəbindən məscidlərin ziyarətinə qoyulan məhdudiyyətləri davam etdirəcək. Məlumata görə, aprelin sonunda başlayacaq müqəddəs Ramazan ayında da Krallıqda məscidlərin ibadət üçün açılması nəzərdə tutulmur.

Azərbaycanda da karantin rejiminin tətbiqi ilə əlaqədar məscidlər bağlanıb, camaat namazları isə dayandırılıb. Ölkədə karantin rejiminin aprelin 20-dən sonra da uzadılacağına dair ehtimalların ciddiliyi məscidlərin hələ bir müddət bağlı qalacağını söyləməyə əsas verir. Yaranmış vəziyyət yaxınlaşan Ramazan ayında möminlərin öz ibadətlərini necə yerinə yetirmələri məsələsini aktuallaşdırıb.

İlahiyyatçı Yaşar Qurbanov bu məsələ ilə əlaqədar Yenicag.az-a açıqlamasında bildirib ki, böyük ehtimalla, Ramazan ayında müsəlman ölkələrində karantin rejimi davam edəcək:

“Ramazan ayında məscidlərin açıq və ya bağlı olması dövlətin təlimatlarına uyğun qaydada müəyyən ediləcək. Heç Səudiyyə Ərəbistanında da Ramazan ayının necə keçiriləcəyi hələlik məlum deyil.

Çünki orada yalnız Məkkə və Mədinədə məhdud sayla namaz qılınır. Digər məscidlərdə isə namaz qılınmır.

Əgər Azərbaycanda karantin rejimi uzadılacaqsa, bu halda Ramazan ayında yenə oruc tutulacaq, ibadətlər isə evdə ediləcək”.

Gülşən Şərif

www.yenicag.az

934
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv