Yekaterinburq məhkəməsi daha bir azərbaycanlı barədə qərar verdi
Yekaterinburqun Leninski Rayon Məhkəməsi adam öldürməyə cəhddə təqsirləndirilən 6-cı azərbaycanlı Şahin Lalayev barəsində qərar verib.
Yenicag.az xəbər verir ki, o, iyulun 19-dək həbsxanaya göndərilib.
Lalayev günahını etiraf etməyib.
Müdafiə tərəfi həbs-qətimkan tədbirinin daha yumşaq seçilməsində israr edib. Məhkəmədə heç bir diaspor nümayəndəsi olmayıb./unikal