"Bu günə qədər kişi məclisində oxumamışam, çünki..." - Nigar Şabanovadan ŞOK ETİRAF
“Bu günə qədər kişi məclisində oxumamışam.”
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova “Tarixin bir günü” verilişində bildirib.
Sənətçi kompleks yaşadığı üçün kişi məclislərinə getmədiyini qeyd edib:
“Bu günə qədər kişi məclisində oxumamışam. İstisnalar olub. Çox yaxın adamlar olub ki, qapıdan keçib məclislərində oxuyub, amma dərhal da çıxmışam. Çünki buna qarşı komplekslərim olub. Mən bilirəm ki, orada istədiyim kimi ifa edə bilməyəcəyəm, istədiyim kimi özümü rahat apara bilməyəcəyəm. Amma artıq müəyyən yaşa gəlib çatmışam və deyirəm ki, gedə bilərəm. Çünki artıq özümü rahat hiss edə bilərəm. Hər kəsin bir kompleksi var və buna da hörmətlə yanaşıram.”
Nehru