Sertifikatlaşdırılmada kəsilən müəllimlərin NƏZƏRİNƏ

media-hightechnic-468x90

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

“Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa