Karantin rejimini pozan üç nəfərə cinayət işi açıldı

media-hightechnic-468x90

Ağstafa şəhərində karantin qaydalarını pozan şəxslər barəsində cinayət işi açılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ağstafa Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Ağstafa şəhər sakini Elnura Qədiməlizadə, Ağstafa rayonu Poylu kənd sakini Sahib Yaqubov, rayonun Qaçaq Kərəm kənd sakini Oqtay Kotyalov və Eynallı kənd sakini Seymur Kərimovun ictimai yerdə tənəffüs yollarını qoruyan fərdi mühafizə vasitələrindən istifadə etməmələri müəyyən olunub.

Toplanmış materiallar üzrə 24.12.2020-ci ildə Ağstafa rayon prokuroru tərəfindən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Ağstafa rayon polis şöbəsinə göndərilib.

Xüsusi karantin rejimi qaydalarını pozmuş şəxslər barəsində prokurorluq orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600