Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Karantini pozanlara ciddi XƏBƏRDARLIQ - VİDEO

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması ilə bağlı ölkəmizdə geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

“Təəssüflə bildiririk ki, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına rast gəlinir.

Məsələnin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, karantin rejimininin tələblərini pozan şəxslərin müvafiq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən qeyd olunan məsələ ilə bağlı maarifləndirici video hazırlanıb”, – Mətbuat Xidmətindən bildirilib.

www.yenicag.az

217