Keçmiş azərbaycanlı deputat avtomobilində partladılaraq öldürülüb

media-hightechnic-468x90

a758feb97963d6c80b2020b1b2c883d6Ukraynanın Luqansk vilayətində keçmiş azərbaycanlı deputat öldürülüb.

Luqansk vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, əslən Azərbaycanın Naxçıvan şəhərindən olan, Ukrayna vətəndaşı, 60 yaşlı Əli Gülbaba oğlu Məhərrəmov ötən həftə Krasnıy Luç şəhəri yaxınlığında avtomobilində hərəkətdə olarkən naməlum istiqamətdən qumbaraatanla atəşə tutulub.

Avtomobilin partlaması nəticəsində Ə. Məhərrəmovun meyiti yanaraq tanınmaz hala düşüb.

Uzun müddətdir, Ukraynada yaşayan Ə. Məhərrəmov Krasniy Luç yaxınlığında – yaşadığı kənddə dəfn edilib.

Ə. Məhərrəmov 90-cı illərin əvvəllərində bir çağırış Luqansk Vilayət Şurasının deputatı olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600