Səfər Mehdiyev Kəmaləddin Heydərovu “sildi”

media-hightechnic-468x90

“Səfər Mehdiyevin 2022-ci ildə tərtib etdiyi “Azərbaycan gömrüyü, dünən, bu gün, sabah” adlı kitabda Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki 12 illik fəaliyyəti silinib”.

Yenicag.az xəbər verir ki, bunu keçmiş deputat Etibar Əliyev öz sosial şəbəkə hesabında yazıb.

media-1721727285_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg

 

O qeyd edib ki, Azərbaycanda məmurlar öz sələfərinin fəaliyyətini danırlar:

“Bu inkarçılıq yazılan kitablarda tədbirlərdə özünü açıq şəkildə biruzə verir. “Azərbaycan gömrüyü, dünən, bu gün, sabah” adlı bir kitab əlimə keçib. Kitabı vərəqlədikcə adamı təəccüb bürüyür. Səfər Mehdiyevin 2022-ci ildə tərtib etdiyi bu kitabda Kəmaləddin Heydərovun Gömrük Komitəsindəki 12 illik fəaliyyəti silinib. 500 səhifəlik kitabın bir yerində belə K. Heydərovun nə şəkli, nə də adı yer alıb. Səfər müəllimə görə, gömrüyün dünəni olmayıb, yalnız onun sədr olduğu dövrdə Komitə mövcud olub…”

O xatırladıb ki, Kəmaləddin Heydərov 1995-ci ildən 2006-cı ilə qədər Gömrük komitəsinin sədri vəzifəsində çalışıb:

“Səfər Mehdiyevə müxtəlif vəzifələr verib. S. Mehdiyev 2004-2006-cı illərdə K. Heydərovun müavini olub, 2006-cı ildən 2018- ci ilə qədər sədrin birinci müavini, 2018-ci ildən 2022-ci ilə qədər isə Komitənin sədri vəzifəsində işləyib. Məmurların sələflərinə göstərdikləri sayğısızlıq çox pis bir ənənənin əsasını qoyub. Kitab geniş oxucu kütlələri üçün nəzərdə tutulub. K. Heydərovun fəaliyyətini danan bu kitabın çapına 200.000 manatdan çox vəsait xərclənib”.

media-572155155_1890520155204980_7944802301821448847_n

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa