Keçmiş məhkumdan daha bir cinayət ƏMƏLİ - Küçədə qadına hücum etdi

media-hightechnic-468x90

Bakıda qadına hücum edilib.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, A.Şərifzadə küçəsində baş verib. Bakı şəhər sakini Dilarə Babayeva küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs qadını yumruqla vuraraq içərisində 540 manat olan pul, təqaüd kartları və sənədlərini olan əl çantasını alaraq hadisə yerindən qaçıb.

Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 1982-cü il təvəllüdlü Ramin İsmayılov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa