Keçmiş nazirin cəsədi oğurlanıb

media-hightechnic-468x90

a4e441d2671c2c8405c8d10e1a468f73Səddam Hüseynin prezidentliyi dövründə İraqın xarici işlər naziri olmuş Tariq Əzizin cəsədi oğurlanıb.

Bu il iyunun 5-də saxlandığı həbsxanada ürək çatışmazlığından ölən Tariq Əzizin meyitinin dəfn olunmaq üçün İordaniyanın paytaxtı Əmmana aparılmasına qərar verilib.

Bağdad hava limanında silahlı qrup meyiti aparan dəstəyə hücum edib və cəsəd oğurlanıb. Tariq Əzizin qızı Zeynəb Əziz bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, 1936-cı ildə Mosulda anadan olan Tariq Əziz Səddam Hüseynin ən yaxın adamlarından sayılırdı. Ömürlük həbs cəzasına məhkum edilən Tariq Əziz Səddam Hüseynin 24 illik iqtidarı dövründə vəzifəsini qoruya bilən bir neçə şəxsdən biri, İraqda yüksək vəzifədə çalışan tək xristian olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600