BMT sülhməramlılara qarşı cinayətlərlə bağlı qətnamə qəbul etdi
BMT Təhlükəsizlik Şurası sülhməramlı qüvvələrə qarşı törədilən cinayətlərə görə məsuliyyətlə bağlı qətnaməni yekdilliklə qəbul edib.
Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
BMT-nin məlumatına görə, 1948-ci ildən bəri məqsədli hücumlar nəticəsində 1 095 sülhməramlı həlak olub. Onlardan 359-u 2013-cü ildən sonra həyatını itirib. Daha bir neçə min “mavi dəbilqə” isə yaralanıb.
Qətnamənin müəllifləri Danimarka və Pakistandır. Sənəddə BMT sülhməramlılarına qarşı hücumlar pislənilir, onların hərbi cinayət hesab oluna biləcəyi vurğulanır və qəbul edən dövlətlərdən bu cür halları araşdırmaq, günahkarları məsuliyyətə cəlb etmək tələb olunur./Oxu/













