Kələğayı UNESKO siyahısında

media-hightechnic-468x90
images (1)Noyabrın 24-də UNESCO-nun baş qərargahında qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 9-cu sessiyası işə başlayıb.

Sessiyada ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, komitənin builki sessiyasında 2003-cü il konvensiyasının gələcək icra mexanizmləri, konvensiyanın implementasiyası üzrə üzv ölkələrin təqdim etdiyi hesabatlar, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti, eyni zamanda təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti ilə bağlı üzv ölkələrin hesabatlarına baxılacaqdır.

Bununla yanaşı, Qeyri-maddi mədəni irs Fonduna könüllü olaraq verilmiş töhfələr, məşvərətçi və köməkçi orqanların 2014-cü il üçün iş planları nəzərdən keçiriləcək, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı və Təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi üçün ölkələr tərəfindən təqdim edilmiş nominasiyalar barədə yekun qərar qəbul ediləcək.

Sessiya zamanı həmçinin qeyri-hökumət təşkilatlarının akkreditə olunması və qiymətləndirilməsi, komitənin növbəti 10-cu sessiyasının keçiriləcəyi tarix və yer və komitənin 10-cu sessiyasının büro üzvlərinin seçilməsi nəzərdə tutulur.

Sessiya işini noyabrın 28-də yekunlaşdıracaqdır.

(anspress.com)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600