Kəmaləddin Heydərov qazaxıstanlı həmkarı ilə görüşüb

media-hightechnic-468x90

ııpğİyunun 5-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qazaxıstanlı həmkarı Vladimir Bojko ilə görüşüb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, K. Heydərov qeyd edib ki, iki dost ölkə bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə də uğurlu əməkdaşlıq edir.

Bir-birinin nailiyyətinə sevinən iki ölkənin nazirliklərinin strukturları arasında faydalı əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırdan nazir bildirib ki, Azərbaycan tərəfi Xəzər hövzəsinin hər iki sektorunda keçirilən birgə təlimlərdə iştirak etməkdə maraqlıdır.

Qəbələdə keçirilən beynəlxalq konfransın olduqca məhsuldar olduğunu, iştirakçılar tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə faydalı təkliflər irəli sürüldüyünü diqqətə çatdıran Qazaxıstanın fövqəladə hallar naziri deyib ki, onun rəhbərlik etdiyi qurum azərbaycanlı həmkarları ilə yüksək informasiya texnologiyalarının tətbiqi, yanğın təhlükəsizliyi və digər sahələrdə daha geniş əməkdaşlıq etməyə hazırdır.

V. Bojko əlavə edib ki, Azərbaycan FHN-in bu cür mötəbər beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirməsi ölkəmizin böyük iqtisadi potensialının göstəricisidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600