Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək

media-hightechnic-468x90

50449Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən noyabrın 28-də saat 11:00-dan Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Qəbulda yalnız Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 148) noyabrın 27-də saat 09:00-dan başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14

e-mail: [email protected] (qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600