Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Kəmaləddin Heydərovun 1 milyonluq cəriməsi ləğv olundu - QƏRAR

Bakı Apelyasiya Məhkəməsində “Gilan Holdinq” MMC və Fövqəladə Hallar Nazirliyinin Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən cərimələnməsi ilə bağlı qərarla bağlı ayrı-ayrı şikayətlərə baxılıb. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərarlar elan edilib.

Yenicag.az xəbər verir ki, qərarlara əsasən hər iki qərar ləğv edilib və baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, Yasamal rayon Məhkəməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, “Gilan Holdinq”i şirkəti 632209 ABŞ dolları, FHN-isə 331 min avro məbləğində cərimələyib.

Onlar İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) ilə təqsirli bilinib./Bakupost/

www.yenicag.az

837
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100