!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Mərcan Broyler"də QANUN POZUNTUSU: "Müqavilə bağlanmayacaq" - İşsiz qoyulan əməkdaşlardan İlham Əliyevə və xanımına MÜRACİƏT

!Reklam – Yazi

Ucar rayon ərazisində olan “Mərcan Broyler” MMC-də müəyyən müddətdir ki, nəzarətçi vəzifəsində işləyən bir qrup şəxs rəhbərliyin oyununa gətirilərək, işdən çıxarılır.

Bu barədə Yenicag.az-a mürəciət edən həmin şəxslər bildiriblər ki, rəhbərlikdən onlara yeni müqavilə bağlanmayacağı barədə xəbərdarlıq edilib:

“Müqavilə müddəti bitən nəzarətçilərlə təkrar əmək müqaviləsi bağlanmır. Artıq 2 nəfər buna görə işsiz qalıb. Biz bunun səbəbini soruşduqda izahı belə verilir ki, ixtisar var. Heç bir qanunu əsas olmadan, bizi işdən çıxarmağı hansısa vəzifəli şəxs qarşısına məqsəd qoyub.

Belə ki, təxminən bir ay öncə “Mərcan Broyler”də soyducunun üzərində çəkisi 3 kq olan mis boru yoxa çıxdı. Buna görə rəhbərlik bildirdi ki, bu sizin üçün ciddi nöqsandır, işdən çıxarılacaqsınız. Biz də etiraz edik ki, ərazidə olan müşahidə kameralarına baxılsın, həmin mis borunun kimin tərəfindən götürülməsi müəyyən olunsun və hüquq mühafizə orqanları tərəfindən qanuni tədbirlər görülsün. Ancaq rəhbərlik bunu etmədi.

Bundan sonra rəhbərlik bizi çağırıb xəbərdarlıq etdi ki, əmək müqavilənizin vaxtına az qalıb sizinlə yenidən əmək müqaviləsi bağlanmayacaq.Ancaq onu qeyd edək ki,  heç bir iş ixtisarı yoxdur. Çünki hazırda əmək müqaviləsi bağlanılır, yeni şəxslər işə qəbul edilir.

Bununla da bizə məlum oldu ki, əhbərlik özü şəxsən bunu bizi işdən çıxarmaq üçün edib”.

İşdən çıxarılmaqla təhdid edilən şəxslər bunu ədalətsizlik və qanunsuzluq hesab edir:

“”Mərcan Broyler” MMC -də işlədiyimiz müddətdə heç bir nöqsana yol verməmişik, rəhbərliklə və kollektivlə mehriban münasibətdə olmuşuq, verilən tapşırıqları layiqincə yerinə yetirmişik. MMC-nin rəhbrliyi də bizə bildirir ki, sizinlə əmək müqaviləsinin təkrar bağlanmamasına tapşırığı baş idarə verib”.

Şikayətçilər qeyd edib ki, “Mərcan Broyler” MMC-nin rəhbərliyinin bu addımı bir çox ailəni aclıqdan məhv etməkdir.

“Əgər ixtisar varsa, nə üçün yeni işçilərlə əmək müqaviləsi bağlanılır? Yox, əgər yoxa çıxarılmış 3 kq mis boruya görə edilirsə, bunu müşahidə kameralarına baxıb müəyyən etsinlər. Hansısa məlum olmayan səbəblərə görə bizimlə təkrar əmək müqaviləsi bağlamaq istəmirlərsə, açıq desinlər, biz onlarla razılaşaq, başımıza çarə tapaq. Onların bu qanunazidd hərəkətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur,  hüquqlarımızı tapdayır.

Çox sayda ailə başçısını işindən etmək, çörəksiz qoymaq ciddi qanunsuzluqdur, özbaşınalıqdır. Biz bilirik ki, belə qanunsuzluqlardan prezident cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın xəbəri yoxdur. Bizim himayəmizdə azyaşlı uşaqlarımız var, ailədə bizdən başqa işləyib, evə çörək gətirən yoxdur”.

İşdən çıxarılmaqla təhdid edilən şəxslər ölkə rəhbərliyinə də müraciət edib:

“Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət etməyi qərara aldıq.

Biz sizdən xahiş edirik ki, işdən çıxarılmağımızın qarşısını alıb, təkrar əmək müqaviləsi bağlanılması üçün “Mərcan Broyler” MMC-nin rəhbərliyinə göstəriş verəsiniz. Bizim bir ümid yerimiz Sizsiniz. Xahiş edirik ki, müraciətimizi obyektiv araşdırıb bizə köməklik göstərəsiniz”.

Müraciət “Mərcan Broyler” MMC-nin aşağıda adları qeyd edilən əməkdaşları tərəfindən imzalanıb.

Zamanov Seymur Məhərrəm oğlu – 8 ildir “Mərcan Broyler” MMC-də nöqsansız işləyir. Əmək müqaviləsinin müddəti 25 iyul 2021-ci ildə qurtarır. Himayəsində 2 uşağı var. Bacısı oğlu Oruc Cabbarov Akif oğlu vətən müharibəsində şəhid olub.

Qədirov Yasin Qədir oğlu – 1 il 8 aydır  MMC-də işləyir. Əmək müqaviləsinin müddəti bu ayın sonunda başa çatır. Himayəsində 2 uşağı var,

Hüseynov Ağahüseyn Ağahüseyn oğlu – 3 ildir işləyir.  Əmək müqavilısinin müddəti sentyabr ayında qurtarır. Himayəsində 2 uşağı var.

İsmayılov Kamran Etibar oğlu – 3 ildir işləyir. Əmək müqaviləsinin müddəti 24 avqustda tamam olur. Himayəsində 2 uşağı var.

Qədirov Mansur Səfiqulu oğlu – Əmək müqaviləsinin müddəti 26 avqustda bitir. Himayəsində 2 azyaşlı uşağı var.

Həsənov Mikayıl İsrayıl oğlu – 1 il 4 aydır işləyir. Himayəsində 1 azyaşlı uşağı var.

Əhədli Muxtar Şakir oğlunun əmək müqavilısinin müddəti 14.07.2021-ci il tarixdə bitdiyi üçün onunla yenidən müavilə bağlanılmayıb. İşsizqalan Əhədli Muxtarın əvəzinə başqa şəxslə əmək müqaviləsi bağlanıb. Əmisi Fikrət Məmmədov Əhəd oğlu 1-ci Qarabağ müharibəsində şəhid olub.

Nəsirov Yadigar İlqar oğlu – Müqavilə müddəti bitsə də onunla da yenidən əmək müqaviləsi bağlanılmayıb və əvəzinə başqa şəxs işə qəbul edilib. Himayəsində 1 azyaşlı uşağı var.

COP29

www.yenicag.az

1736
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv