Kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri açıqlandı

media-hightechnic-468x90

2022-ci ilin yanvar-avqust ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 428,8 milyon manat təşkil edib.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Dəyərin 3 milyard 341,1 milyon manatı heyvandarlıq, 4 milyard 087,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,7 faiz, bitkiçilik məhsulları üzrə isə 3,6 faiz
artıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa