Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir

media-hightechnic-468x90

Cümə günü səhər saatlarında Hörmüz boğazı vasitəsilə qlobal bazara yanacaq tədarükünün yenidən bərpa olunacağı ilə bağlı gözləntilər fonunda neft sürətlə ucuzlaşır.

media-banner_tuq

Yenicag.Az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

ICE London birjasında “Brent” markalı neftin avqust füçerslərinin dəyəri Bakı vaxtı ilə saat 09:14-ə olan məlumata əsasən, 1.51 dollar (2.01%) azalaraq bir barel üçün 73.75 dollar təşkil edib. Xatırladaq ki, cümə axşamı bu müqavilənin qiyməti 1.52 dollar (2.1%) artaraq bir barel üçün 75.26 dollara çatmışdı.

Nyu-York Əmtəə Birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin avqust füçersləri də eyni vaxtda 1.5 dollar (2.09%) ucuzlaşaraq bir barel üçün 70.42 dollara enib. Əvvəlki sessiyanın yekunlarına görə isə bu müqavilələrin dəyəri 1.58 dollar (2.3%) yüksələrək 71.92 dollar/barel səviyyəsində qərarlaşmışdı.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05