!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Kərim ETİRAF ETDİ: “Ona o qədər qızıl almışam, deyir…”

!Reklam – Yazi

“Ona o qədər qızıl almışam, deyir, “stop”, hələ aldıqlarını tapmamışam”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Günaylı gün” verilişində deyib.

Sənətçi ən çətin günlərində ona dəstək olan xanımından və ona etdiyi bahalı hədiyyələrdən danışıb:

“Xanımımı sevirəm, ona görə ki, ən ağır vaxtlarımda əlimdən tutub, dedi, mən səninləyəm, heç vaxt büdrəmə, yanındayam. Vaxt olub, pul lazım olub, xanımımın qızıllarını aparıb qoymuşam lombarda. Sonradan buna görə o qədər utanmışam, demişəm, vaxt gələcək, sənə o qədər qızıl alacam, deyəcəksən “stop”. İndi də dediyimi edirəm. Ona o qədər qızıl almışam, deyir, “stop”, hələ aldıqlarını tapmamışam. Ona nə bağışlasam, azdır. Canım belə, ona halal olsun.
Bu yaxınlarda da illərdir arzu etdiyim avtomobilimi ona hədiyyə edəcəm. Xaricdən sifariş vermişdim, gəlib çıxdı”.

Nehru

COP29

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv