Kərimin ölüm xəbərinə Ağamirzədən CAVAB: “Yalan xəbəri niyə yayırlar?”

“Yalan xəbərlərdir yayıblar. Heç bilmirəm, bu xəbərlər haradan qaynaqlanır. Belə şeylər etməsinlər, axı ailəsinə, doğmalarına pis təsir edir. Eşidib həyəcan keçirirlər. Olmaz belə”.

Bu sözləri Yenicag.az-a açıqlamasından tanınmış meyxanaçı Kərim Novruzovun vəfat etməsi barədə yayılan xəbərdən narahatlığını ifadə edərkən yaxın dostu Ağamirzə deyib.

Ağamirzə Kərimin xəstə yatağında olduğunu bildirib:

“Kərimi tez-tez ziyarət edirəm. Necə varsa, elədir, səhhətində irəliəyiş yoxdur. Yataq rejiminədir, yeriyə bilmir. Amma ölüm xəbəri yalandır”.

Cəvahir