Azərbaycanda bu qəzet bağlandı

media-hightechnic-468x90

Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus “Mülkiyyət” qəzetinin və “Daşınmaz Əmlak Bülleteni” jurnalının fəaliyyəti ilə bağlı hüquqi prosedurlara başlanılıb.

Yenicag.az Oxu.az-a istinadən xəbər verir ki, qəzet və jurnalın təsisçisi “Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti” MMC ləğv olunduğunu elan edib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerləşdiyi ünvana – Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr., ev 139, mənzil 139 ünvanına təqdim edə bilərlər.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, qəzet və jurnal uzun müddətdir çap olunmur:

“Hazırda bununla bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilir”.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa