Şeyx Əbdüldən SƏRT TƏNQİD: "Üç ətli-canlı qadını çıxarıblar efirə..."

media-hightechnic-468x90

“Verilişə baxıram, üç ətli-canlı qadını çıxarıblar efirə, üçü də əndərabadi geyimdə…”

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor və aktyor, Xalq artisti Əbdül Mahmudbəyov (Şeyx Əbdül) deyib.

Bayağı müğənnilərin televiziyalarda meydan sulamasından narahatlığını bildirən rejissor, kəskin fikirlər səsləndirib:

“Mən həmişə demişəm, yenə də təkrar edirəm: mütləq əxlaq və mənəviyyat polisi olmalıdır. Son vaxtlar efirlərdə bir ənənə yaranıb; səsi olmayanlar ortalığa düşüb meydan sulayırlar. Bir verilişə baxıram, üç ətli-canlı qadını efirə çıxarıblar, üçü də qeyri-adi, əndərabadi geyimdə… Oturublar yuxarı başda, guya bunlar sənətkardır, müğənnidir, canlı ifa edəcəklər. Amma bəlli oldu ki, bunların heç oxumaqla əlaqəsi yoxdur.

Ümumiyyətlə, bu, biabırçılıqdır. Belələrini efirə niyə gətirirsiniz? Əndərabadi geyimlərlə, qəribə hərəkətlərlə saatlarla oturub kiməsə qiymət verirlər. Adama deyərlər, əgər müğənnisən, çıx mahnını oxu, sonra da get işinin dalınca. Bu nə hoqqadır çıxarırsınız?”

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa