Rusiyanın MKİ-dəki məşhur casusu öldü
Moskvaya casusluq etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş zabiti Oldriç Eyms həbsxanada vəfat edib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin Federal Həbsxanalar Bürosunun elektron məlumat bazasında deyilir.
Casusun ölüm səbəbi açıqlanmasa da, onun 84 yaşında olduğu bildirilir. O, cəzasını Merilend həbsxanasında çəkirdi.
Qeyd edək ki, Eyms 10 il ərzində Sovet, daha sonra isə Rusiya xarici kəşfiyyatı ilə əməkdaşlığa görə həbs olunub.












