Kəsilmə qorxusu və valideyn təpkisi: Psixoloqdan çağırış

media-hightechnic-468x90

Tələbə olmaq arzusu ilə imtahan verən hər bir abituriyent ali məktəbə qəbul olunub-olunmayacağı həyəcanı ilə yaşayır. Bir yandan da valideyn təpkisi… Abituriyentlər keçid balını toplaya bilmədikdə, bəzən valideynlərin sərt münasibəti ilə qarşılaşırlar. Bununla mübarizə apara bilmədikdə isə depressiyaya düşürlər. Hətta bu vəziyyət intihara qədər aparıb çıxara bilər. Belə halların yaşanmaması üçün valideyn övladı ilə necə davranmalıdır?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən psixoterapevt Elmir Əkbər imtahan verən abituriyentlərin ilk növbədə psixoloji cəhətdən hazırlıqlı olmasını əsas şərt kimi dəyərləndirib:

media-1673503413_274704073_5631610863522024_8599802442384987664_n

“Hər il imtahan mövsümündə biz bu sıxıntını yaşayırıq, bu, böyük bəladır. İllərdir təbliğat aparırıq ki, ay imtahan verən abituriyentlər və onların valideynləri, imtahan zamanı ən vacib məqam psixoloji hazırlıqdır. Psixoloji hazırlıq dərsləri oxumaqdan daha vacibdir. Azərbaycanda abituriyentlərdə ən çox müşahidə etdiyim hal təşviş və həyəcan pozuntusudur. Bəzilərində diqqətlərini kontrol etmək problemi yaşanır. Bu vəziyyətdə dünyanın ən savadlı alimi belə yaxşı nəticə toplaya bilməz. Buna görə də imtahanöncəsi mütləq şəkildə psixoterapevtik hazırlıq keçirilməlidir”.

O, bildirib ki, ən vacib məqamlardan biri də valideynin uşağına göstərdiyi qayğı və dəstəkdir:

“Valideyn övladına hiss etdirməlidir ki, imtahanın nəticəsinin necə olmasından asılı olmayaraq, onu təmənnasız sevir. Uşaq bilməlidir ki, valideyn daim onun yanındadır, daim ona dəstəkdir. Cəmiyyət adətən problemli ailələrdə olan intiharlardan xəbərdardır, amma normal statuslu ailələr bunu gizlədir. Nə qədər ailələr var ki, hər il intihar cəhdi ilə bağlı yanımıza abituriyent övladlarını gətirirlər. Hər dəfə də deyirəm: olmazdımı bu uşağı altı ay əvvəl gətirərdiniz ki, nəticə də tamam fərqli olardı? Mən Amerikada bunun kursunu keçmişəm, bilirəm ki, hansı xarakterdə olan uşaqlar hansı imtahanları necə verməlidir. Eyni zamanda, yuxu rejimi, qidalanma qaydasında olmalıdır. Bütün bu dediklərimə riayət etmədən necə uğurlu nəticə əldə etmək olar?”

Psixoterapevt valideynlərə səslənib:

“Valideyn övladına həmişə bunu aşılamalıdır ki, oxumaq nə qədər önəmli olsa da, övlad valideyni üçün əvəzolunmazdır. Heç bir nəticə valideynin övladına münasibətini dəyişdirməməlidir. Amma gəlin açıq danışaq, məgər valideynlərin hamısı belə düşünür? Valideyn kimlərləsə rəqabət apardığı üçün öz övladının həyatını zəhərə çevirmirmi? Valideyn “cəmiyyət nə deyər?” fikrini bir kənara qoyub, övladının mənafeyini düşünməlidir. Bu, vacib şərtdir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05